Türkiyə milli komandasının üzvü Hakan Çalhanoğlu həyat yoldaşından boşanır.
Milli.Az xəbər verir ki, "Milan"da çıxış edən 24 yaşlı yarımmüdafiəçi ayrılıq qərarını sosial şəbəkə hesabında açıqlayıb. O, evliliyi haqqında açıqlama verərək 1 ildir evli olduğu həyat yoldaşı ilə boşanacağını bildirib:
"Çox ciddi və bağışlanması mümkün olmayan vəziyyət meydana gəldiyi üçün geri dönülməsi mümkün olmayan bir qərarla boşanacağam. Əgər bu evlilikdən övladım olsa, vəzifələrimi yerinə yetirəcək, ancaq keçmiş həyat yoldaşım və ailəsi ilə əlaqə qurmayacağam".

Elçin Əlixan
Milli.Az