“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, hesabata əsasən, cari ilin birinci yarısında fişinq xarakterli hücumların əsas qurbanları ödəniş xidmətlərinin istifadəçiləri olublar: fişinq xarakterli hücumların 39%-i onların payına düşüb.
“PhishLabs”ın məlumatına görə, 2018-ci ilin ikinci yarısınadək fişinq xarakterli hücumların 33%-də “HTTPS” və “SSL” sertifikatlı saytlardan istifadə olunub. Bu, qismən internetdə SSL sertifikatlarının populyarlaşması ilə bağlıdır, ancaq əsas səbəb fırıldaqçıların öz resurslarını maksimal dərəcədə etibarlı və şübhə doğurmayan etmək istəyidir.
Emil Hüseynov