Azərbaycanda yanğın törətdiklərinə görə

Biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın törətdiklərinə görə 15 nəfər inzibati qaydada həbs edilib, 17 nəfər barəsində isə inzibati xəta haqqında protokol tərtib olunub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bu istiqamətdə qabaqlayıcı profilakitiki tədbirlər davam etdirilir.

Respublika ərazisindəki biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın təhlükəsinin qarşısının alınması məqsədilə aidiyyəti təşkilatlarla birgə bir sıra zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib, əhali arasında, fermer və digər torpaq mülkiyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılıb.

Xüsusən taxıl biçimindən sonra kövşənlərin yandırılmasının yolverilməzliyi barədə onlar xəbərdar ediliblər.

Rus rublu UCUZLAŞIR - Manatın taleyi necə olacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR