Suriya ordusu İdlibdə

Suriya ordusu İdlib təhlükəsizlik bölgəsi daxilində yerləşən Əl Kübra rayonunda əməliyyatlara başlayıb.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, hava qüvvələrinin bölgəyə endirdiyi zərbələr nəticəsində son 1 gün ərzində azı 30 dinc insan həlak olub. Onlarla yaralı var.

Bildirilir ki, Dəməşqin dəstəklədiyi silahlı dəstələr isə Temaniya, Tüh, Şeyhun və digər rayonlar istiqamətində quru hücumlarına keçib. Əməliyyalara Rusiya hava qüvvələri də dəstək verir. Qeyd edək ki, İdlib müxaliflərin nəzarətində qalan son əsas bölgə sayılır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR