Ermənistanın sabiq baş nazirinin

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan iki ay müddətinə həbs olunub.

Metbuat.az Asvision-a istinadən məlumat verir ki, məhkəmə Xüsusi İstintaq Xidmətinin H.Abramyana qarşı ehtiyat tədbiri seçilməsinə dair vəsatətini təmin edib. İttihama əsasən, Hovik Abrahamyan qeyri-qanuni yolla əldə etdiyi, Ambik Qevorqyanın adına rəsmiləşdirilmiş, əslində isə qardaşı Ovik Abramyana aid xeyli sayda silah və döyüş sursatını Mxçyan kəndində yerləşən mexaniki təmir-bərpa zavodunda saxlayıb.

Qeyd edilib ki, avqustun 6-da aparılmış axtarış zamanı həmçinin 3 əl pulemyotu, 7 avtomat, 2 SVD, 3 tüfəng, 2 tapança və xeyli patron aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR