Bu il ölkə üzrə 514 tona yaxın yaş barama istehsal olunub

Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ildə barama istehsalçılarına dövlət tərəfindən veriləcək subsidiyaların məbləğinə dair məlumat yayıb.

Metbuat.az xəbər verir ki, məlumatda bildirilir ki, bu il ölkə üzrə 514 tona yaxın yaş barama istehsal olunub, kənd təsərrüfatı idarələri tərəfindən daxil olan sənədlər əsasında Respublika Komissiyası barama istehsalçılarına 2490502,35 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.

Emal müəssisələri istehsalçıdan yaş baramanın bir kiloqramını 4 manata alır, dövlət isə təhvil alınan baramanın hər kiloqramına görə istehsalçıya əlavə 5 manat subsidiya ödəyir.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları – Təsdiq edildi - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR