Vanuatuda on minlərlə sakin təxliyə olundu: vulkanın fəallaşması ilə əlaqədar

Vanuatuda on minlərlə sakin təxliyə olundu: vulkanın fəallaşması ilə əlaqədar
19:52 15 Avqust 2018
36 Dünya
Ölkə mətbuatı
A- A+

Vanuatu dövlətinə məxsus Oba adasında Monaro vulkanının fəallaşması ilə əlaqədar on minlərə sakin təxliyə olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Vanuatunun iqlim dəyişmələri naziri məlumat yayıb.

Nazirin bildirdiyinə görə, Oba adasından 3000 nəfər Santo adasına, 2600 nəfər isə Maevo adasına təxliyə olunub. Digər sakinlər özləri adanı tərk ediblər.

Sakinlər hələ 2017-ci ilin sentyabrında, Monaro vulkanı ardıcıl püskürməyə başlayarkən müvəqqəti təxliyə olunublar. Cari ilin martından isə hakimiyyət orqanları Oba sakinlərini yaşayış yerlərini tamamilə tərk etməyə çağıraraq, onlara qonşuluqdakı adalara köçməyi təklif edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/676715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR