İtaliyanın şimalında "Liqa" partiyasının şöbəsi qarşısında partlayış baş verib.
Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, insident Villorba şəhərində partiya təşkilatının şöbəsi yerləşən bina qarşısında baş verib.
İlkin məlumata görə, xəsarət alan olmayıb.
Bundan sonra partiya şpbəsinin binasında işə düşməmiş partlayıcı qurğu tapılıb. Hazırda mütəxəssislər həmin partlayıcı qurğunun zərərsizləşdirilməsinə çalışırlar.