ABŞ-la dialoq qurmaq ehtimalı aradan qalxıb -

İran prezidenti Həsən Ruhani hazırki şərtlər altında Amerika Birləşmiş Ştatlarıyla dialoq qurmayacaqlarını bəyan edib.

Metbuat.az-ın İrna agentliyinə istinadən məlumatına görə, o bildirib ki, Tehrana qarşı yürüdülən siyasət səbəbiylə Vaşinqtonla dialoq qurmaq ehtimalı aradan qalxıb. Ruhaninin sözlərinə görə, Birləşmiş Ştatların sanksiya qərarına qədər tərəflər problemləri aradan qaldırmaq üçün danışıqlar aparırdı:

“İndi körpünün o biri tayına necə keçəcəyini düşünürsüz.Səmimi niyyətiniz varsa əvvəlcə körpüləri təmir edin”.

Qeyd edək ki, Vaşinqton adminstrasiyası bəzi şərtlərlə danışıqlar masasına əyləşməyə hazır olduğunu bildirsə də, İran təklifi rədd edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR