Kürdəmirdə zəncirvari yol qəzasında 1 nəfər xəsarət alıb

Kürdəmirdə zəncirvari yol qəzasında 1 nəfər xəsarət alıb
13:47 19 Avqust 2018
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda zəncirvari yol qəzası baş verib.

Milli.Az Report-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Əvvəlcə "Hyundai Tucson", ardınca isə "VAZ-2107" markalı minik avtomobilləri "VAZ-21015"ə çırpılıb. Nəticədə "015"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/677802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR