Türkiyədə ABŞ səfirliyinə atəş açan şəxs saxlanıldı – VİDEO

Türkiyədə ABŞ səfirliyinə atəş açan şəxs saxlanıldı  – VİDEO
19:48 20 Avqust 2018
64 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə hüquq-mühafizə orqanları Ankarada Amerika səfirliyinə atəş açmaqda şübhəli bilinən bir nəfəri saxlayıb.

Publika.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Agentlik əlavə təfərrüatlar barədə yazmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 5:30-da ağ rəngli minik avtomobilindən səfirliyə altı dəfə atəş açılıb. Güllələr metal qapıya və diplomatik missiyanın mühafizəçilərinin istifadə etdiyi tikilinin şüşəsinə dəyib. Heç kim zərər çəkməyib.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Amerika səfirliyinə atəşi xaos yaratmaq cəhdi adlandırıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/251068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR