Bu əraziyə xanımlar və dişi heyvanlar buraxılmır -

Yunanıstanda yerləşən Afon yarımadası dünyanın ən çox diqqətçəkən bölgələrindən biridir.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, Egey dənizində yerləşən Afon yarımadasının ərazisi dağlıqdır. Burada 20 monastır var. Dövlət idarəsi 20 monastırı təmsil edən 20 kişi və bir məclis tərəfindən idarə edilir. Afon əhalisinin hamısı kişilərdən təşkil olunub.

Afona qadınların girməsi qadağandır. Bu da, yarımadada kişilər üçün çox sayda monastırın olması ilə əlaqədardır. Bildirilir ki, tarixi kitabların birində dişi heyvanların yarımadadan çıxarılmalı olduğu yazılıb.Lakin bu kitabda qadınlara dair qadağa yer almayıb.Bunla belə, kişilər üçün monastırların olması səbəbiylə adaya qadınlar buraxılmır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR