Azərbaycan neftinin qiymətləri müxtəlif

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin avqustun 20-də 73,43 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,02 dollar/barel azdır.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 20-də 72,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətə bərabərdir.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 20-də 69,47 dollar/barel təşkil edib ki, əvvəlki qiymətdən 0,29 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 20-də 70,83 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR