Dağıstanda ağır yol qəzası baş verib -

Dağıstanın Dərbənt rayonunda 3 minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, 3 avtomobilin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləməyə davam edir, qəzanın səbəbi araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR