Bakı ilə Minvodı arasında sürət qatarı işləyə bilər

Rusiya Dəmir Yolları” Minvodı ilə Bakı arasında “Lastoçka” sürət qatarlarını işə sala bilər.

Metbuat.az-ın TASS informasiya agentliyinə istinadən məlumatına görə, şirkət lazımi infrastruktur hazırlığından sonra bununla bağlı layihənin müzakirəsini nəzərdə tutub.

Stavropol və Dağıstandan keçəcək sürət qatarlarının regionda turist axınını gücləndirməsi gözlənilir.

Məlumata görə, Rusiyanın Şimali Qafqaz İşləri üzrə Nazirliyinin nəzdində yaradılan işçi qrupu Mineralnıe Vodı - Bakı sürət qatarının buraxılması üzrə yol xəritəsi hazırlayır. Layihənin əsas məqsədi sərnişinlərin Bakıdan Minvodıya daha tez və rahat çatmasını təmin etməkdir.

Sürət qatarı işə düşərsə, Minvodıdan Dərbəndə 3,5, Bakıya isə 4,5 saata çatmaq mümkün olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR