Qarabağ" "Şerif"ə məğlub oldu

Bu gün Avropa Liqasının pley-off mərhələsinə start verilib.

Metbuat.az-ın xəbərinə görə, təmsilçimiz "Qarabağ" da ilk oyununa çıxıb. Qurban Qurbanovun komandası Moldova çempionu "Şerif"in qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.1:0

Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 3-cü, "Şerif" isə 2-ci təsnifat mərhələsində uduzaraq, Avroliqaya düşüb.

Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.

23 avqust

Avropa Liqası

Pley-off mərhələsinin ilk oyunu

21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan) - 1:0
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, "Şerif" İK stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR