"Qızıl top" üçüncü dəfə Ronaldoda qazandı

"Qızıl top" üçüncü dəfə Ronaldoda qazandı
23:23 12 Yanvar 2015
199 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Bu gün FİFA geridə qalan 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

Trend-in məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə aparılan səsvermənin yekun nəicəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumameyilli yarımmüdafiəçisi Kriştiano Ronaldo bu mükafatın sahibi olub. Bununla da o, ardıcıl ikinci (2013,2014), ümumilikdə isə üçüncü dəfə (2008) ilin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, K.Ronaldo ötən il "Real"la Çempionlar Liqası, İspaniya kuboku, UEFA superkuboku və klublararası dünya çempionatının kubokunu qazanıb.

İlin ən yaxşı kişi futbolçusu: Kriştiano Ronaldo (Portuqaliya, “Real)

İlin ən yaxşı qadın futbolçusu: Nadin Kessler (Almaniya, “Volfsburq”), Marta (Braziliya, “Rosenqard”), Ebbi Vambax (ABŞ, “Vestern Nyu-York Flaş”)

Kişi futbolunda ilin ən yaxşı baş məşqçisi: Yoahim Löv (Almaniya millisi)

Qadın futbolunda ilin ən yaxşı baş məşqçisi: Ralf Kellermann (Almaniya, “Volfsburq")

İlin ən yaxşı qolu (Ferens Puşkaş mükafatı): Stefani Roş (İrlandiya millisi və "Pimaunt Yunayted"in qadın futbolçusu), Xames Rodriqes (Kolumbiya, "Real", Madrid), Robin van Persi (Hollandiya, "Mançester Yunayted")

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR