Benzinli geyimlə namaz qılmaq olarmı?

Benzinli geyimlə namaz qılmaq olarmı?
23:52 12 Yanvar 2015
223 Sosial
Ölkə mətbuatı
A- A+

Avtomobilə benzin tökərkən bir neçə damcı şalvara sıçrayarsa, həmin geyimlə namaz qılmaq olarmı?
Milli.Az islam.az-a istinadən bildirir ki, şəriətimizdə murdar sayılan maddələr məlumdur. Onların sayı məhduddur, növü də şəriət kitablarında qeyd edilib. Benzin həmin murdar maddələrin (nəcasat) arasında yoxdur.

Buna görə də benzinə bulaşmış paltarda namaz qılmaq şəriət baxımından qadağan deyil. Amma dinimiz səliqə-səhmana, təmizliyə yüksək dəyər verdiyinə görə, insandan pis qoxu gəlməsini bəyənmədiyinə görə, benzinə bulaşmış paltarda namaz qılmamaq, xüsusilə də başqalarını narahat etməsin deyə, camaat namazına bu libasla qatılmamaq məsləhətdir.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR