“Azərbaycanla mədəni əlaqələri daha da gücləndirmək çox vacibdir”

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycana səfərindən əvvəl Esenboğa Hava Limanında jurnalistlərə açıqlama verib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti ilə Parlament sədri kimi ilk xarici səfərlərindən birini Azərbaycana edəcəyini deyən Yıldırım bildirib ki, Bakıda bir sıra görüşlər keçirəcək.

Türkiyə və Azərbaycanın bir millət, iki dövlət şüarına uyğun olaraq mənalı və müstəsna əlaqələrə sahib olduğunu deyən Yıldırım bildirib ki, səfər zamanı ikitərəfli və regional iş birliyilə bağlı məclislər arasındakı əlaqələrə yenidən baxacaqlar.

Yıldırım iki ölkə arasındakı əlaqələrin mükəmməl səviyyədə olduğunu deyib: “Ölkələrimiz arasında heç bir siyasi problem yoxdur, əksinə bütün sahələrdə iş birliyimiz hər gün daha da artır”.

Azərbaycan Milli Məclisi ilə işləməyin əhəmiyyətini vurğulayan Yıldırım bildirib ki, bu, hər iki ölkə üçün faydalıdır. Onun sözlərinə görə, dərin qardaşlıq bağı olan Azərbaycanla mədəni əlaqələri daha da gücləndirmək çox vacibdir.

Azərbaycana səfəri zamanı prezident İlham Əliyev və Baş nazir Novruz Məmmədovla da görüşəcəyini qeyd edən Parlament sədri bildirib ki, səfər çərçivəsində Azərbaycan Şəhidlər Xiyabanını və Türk şəhidliyini də ziyarət edəcək.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR