Putindən gözlənilməz QƏRAR

Rusiya prezidenti Vladimir Putin müxtəlif nazirliklərdə və qurumlarda çalışan 15 generalı işdən çıxarıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Putinin imzaladığı və Dövlət Hüquq İnformasiya Sisteminin saytında dərc edilən qərara görə, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Federal Həbsxana Xidməti və İstintaq Komitəsində idarəçilikdə çalışan 15 generalın işinə son qoyulub.

Bundan əlavə, Fövqəladə hallar nazirinin müavini Vladlen Aksenov da vəzifədən çıxarılıb. Generalların hansı səbəbdən çıxarılması barədə məlumat verilməyib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR