“Konqresi itirsək, hər şeyi dərhal bitirəcəklər”

“The New York Times” qəzeti ABŞ prezidenti Donald Trampın bazar ertəsi Ağ Evdə xristian ruhanilərə verilən yemək zamanı danışığının səs yazısını yayıb.

Metbuat.az milliyet.com.tr-ə istinadən xəbər verir ki, Tramp rahiblərdən öz tərəfdarlarını noyabrda səs verməyə razı salmağını istəyir. “Sahib olduğunuz hər şeyi itirməyə yalnız bir seçki qədər uzaqdasınız” deyən Tramp, Konqresdəki Demokratlara işarə edərək “Konqresi itirsək, hər şeyi dərhal bitirəcəklər” deyir:

“İndiyə qədər etdiyimiz hər şeyi tərsinə çevirəcəklər. Özü də bunu sürətlə və şiddətdən istifadə edərək edəcəklər. Antifaya (faşizm əleyhdarı hərəkət) və digər bəzi qruplara baxın. Onlar şiddətə meylli insanlardır”.

Qəzet Trampın son sözlərində konkret olaraq kimdən bəhs etdiyinin müəyyən olmadığını deyir. Qəzetin yazdığına görə, Ağ Evin sözçüsü Trampın Konqresdəki Demokratlardan bəhs edib-etmədiyi sualına cavab verməyib. O, eyni zamanda Trampın dediyi Demokratlarla anti-faşist nümayişçilərin nə əlaqəsi olduğu sualını da cavabsız buraxıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR