Prokurorluqda imtahandan keçənlərin adları

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün elan olunmuş müsabiqəyə yekun vurulub.

Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, gənc hüquqşünasların prokurorluq orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulu ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmaqla, Prezident İlham Əliyev tərəfindən reallaşdırılan dövlət gənclər siyasətinin uğurlu nəticəsidir. Sonuncu müsabiqənin yekunu da nəzərə alınmaqla, tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilmiş gənc hüquqşünaslar hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 65 faizini təşkil edir.

Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 96 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 2018-ci il avqustun 13-dən 21-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.

Müsabiqənin nəticələrinə görə «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları» ilə müəyyənləşdirilmiş keçid balını toplamış 86 namizəd 30 avqust 2018-ci il tarixdən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və «Qəbul otağı»nda yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar. Prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlər:

Abbasbəyli Orxan Tahir oğlu

Abbasov Səyyad Pənah oğlu

Abdullayev Şəhram Şahin oğlu

Ağayev Kamran Elşad oğlu

Babayev Rəsul Elxan oğlu

Babazadə İlkin Qorxmaz oğlu

Bayramlı Murad Qənbər oğlu

Binnətov Kənan Firdusi oğlu

Cabbarlı Mirsəddam Abusət oğlu

Cəfərli Kənan Qarakişi oğlu

Duşdurov Orxan Bəhrəm oğlu

Eldarov İlkin Telman oğlu

Əhmədov Fərid Oqtay oğlu

Əlişzadə Tamara Fəzail qızı

Əliyev Babək Xıdır oğlu

Əliyev Murad Tofiq oğlu

Əliyeva Mələk Vasif qızı

Əli-zadə Aqil İlqar oğlu

Əlizadə Aqşin Füzuli oğlu

Əmirov Natiq Akif oğlu

Əzimli Elxan Əkbər oğlu

Əzimli Fərrux Rafiq oğlu

Əzimli Xudabənd Elman oğlu

Əzizli Ziya Həzi oğlu

Göyüşov Bəxtiyar Mehralı oğlu

Hacıxəlilov Vasif Azad oğlu

Həsənov Elçin Təhmiraz oğlu

Həsənov Əhməd Yelmar oğlu

Həsənov Seymur Rəhim oğlu

Hüseynli Nicat Aydın oğlu

Hüseynov Fuad Nəcəf oğlu

Hüseynov Həmid Fariz oğlu

Xanlarzadə Xanlar Mehti oğlu

Xəlilov Nihad Elxan oğlu

İbrahimli Nəriman Tohit oğlu

İbrahimov İbrahim Elçin oğlu

İmanlı Cavid Oruc oğlu

İsayev Vüqar Nurəddin oğlu

İsmayılzadə Emin Xəyyam oğlu

Kamilli Kamil Adil oğlu

Kazımov Elvin Elşən oğlu

Kərimov Tərlan Şəmsi oğlu

Qarakişiyev Fərid Qara oğlu

Qasımov Rəşad Akif oğlu

Qədirli Bəhruz Adil oğlu

Quliyev Vüqar Nazim oğlu

Quluzadə Rəsul Qalib oğlu

Qurbanov İlkin Qurban oğlu

Qüdrətli Nihad Ədalət oğlu

Mehdizadə Yusif Arif oğlu

Mehmanlı Həmid Əli oğlu

Məmmədli Hacı Əliheydər oğlu

Məmmədli Yasin Bayram oğlu

Məmmədov Nahid Əlicabbar oğlu

Məmmədov Səbuhi İlham oğlu

Məmmədov Vüsal Sadət oğlu

Məmmədyarov Akif Mahir oğlu

Məmmədzadə Mikayıl Maarif oğlu

Məmmədzadə Səbinə Adil qızı

Məmmədzadə Vüqar Elbrus oğlu

Mikayılov Mehman Rasim oğlu

Mirzəyev Bəxtiyar Araz oğlu

Mirzəyeva Turan Bayram qızı

Mövsümov Teymur Nazim oğlu

Musayev Vüsal Əli oğlu

Mürsəlov Tural Yavər oğlu

Mütəllimzadə Seymur Sabir oğlu

Nəcəfov Aydın Fuad oğlu

Nəsirli Nicat Rauf oğlu

Nəsrullayev Fərdi Eynulla oğlu

Novruzlu Pərviz Əli oğlu

Nuriyev Fərid Nurməmməd oğlu

Orucov Elşən Elşar oğlu

Paşayev Anar Əlövsət oğlu

Pənahlı Emin Alı oğlu

Rüstəmzadə Fərid Mübariz oğlu

Sadıxov Samir Kamran oğlu

Sadıqov Ehtiram Atamalı oğlu

Səlimzadə Xəzər Hümbət oğlu

Süleymanov Vüsal İlqar oğlu

Şamxayzadə Xəyal Xəqani oğlu

Verdiyev Hikmət Siyavuş oğlu

Yaqubov Amil Fərhad oğlu

Zeynalov Elmir Fuad oğlu

Zülfüqarlı İlham Yusif oğlu

Zülfüqarlı Toğrul Faiq oğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR