Rusiyadan İdlib açıqlaması

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov İdliblə bağlı açıqlama verib.

Metbuat.az-ın Rusiyanın “RİA Novosti” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Boqdanov bildirib ki, Suriyada müxaliflərin nəzarətində olan İdlib vilayətindəki vəziyyətlə bağlı İran və Türkiyə ilə danışıqlar davam etdirilir. Onun sözlərinə görə, Suriya hökuməti və müxalif qruplarla da danışıqlar aparılır.

Qeyd edək ki, Rusiyadan dəstək alan Suriya prezidenti Bəşər Əsədin ölkənin şimalındakı İdlibə qarşı böyük hərbi əməliyyat planlaşdırdığı ilə bağlı məlumat yayılıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR