Rusiyadan dünyaya göz dağı

“Rusiya Aralıq dənizində 25 gəmi və 30 təyyarə ilə hərbi əməliyyat həyata keçirəcək”.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, hərbi əməliyyat zamanı sualtı gəmi, təyyarə və minalara qarşı görüləcək işlər test ediləcək. Məlumata görə, hərbi əməliyyat Rusiya Dəniz Qüvvələrinin Baş Qərargahı admiral Vladimir Korolyovun rəhbərliyi altında baş tutacaq.

Qeyd edək ki, Suriyanın İdlib vilayətində ABŞ və Rusiya arasında son zamanlar yaşanan gərginlikdən sonra, Rusiya donanmasının 16 hərbi gəmisi Türkiyədə 9 günlük Qurban bayramı tətili müddətində İstanbul və Çanaqqala boğazlarını keçərək Aralıq dənizinə gedib. İstanbul və Çanaqqala boğazlarını keçən ümumilikdə 16 hərbi gəmi Rusiyanın Suriyada Tartus və Lazkiye hərbi bazalarına aparılıb.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Mistura bildirib ki, İdlibdə hərbi gərginliyin artmaması üçün Rusiya, İran və Türkiyənin daha çox zamana ehtiyacı var. Təxminən 3 milyon adamın olduğu təxmin edilən İdlibdə 10 min Əl-Nüsra və Əl-Qaidə üzvünün olduğu bildirilir.

Staffan De Mistura özlərinin də iştirakı ilə hərbi koridorun açılması və mülki vətəndaşların oradan çıxması üçün çağırış edib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR