“İki ay ərzində vəziyyət normallaşacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə valyuta məzənnəsində bir ay içərisində yaşanan dalğalanma və iqtisadiyyatda yaşanan problemlərlə bağlı açıqlama verib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bayramdan əvvəl başlayan böhran və ABŞ rəhbərliyinin şərhlərinin siyasi olduğunu deyən Ərdoğan bildirib ki, verilən düzgün qərarlarla bu problemlər həllini tapır: “Ən uzağı iki aya qədər vəziyyət normallaşacaq. Bu müddət ərzində başda Almaniya olmaqla, Avropa Birliyi ölkələrindən gələn dəstək çox əhəmiyyətli idi. Türkiyədə yaşanacaq problemlərin bütün Avropaya təsir etməsinin də qarşısı alındı. Merkel mənə zəng vuraraq açıq dəstəyini ifadə etdi və “əgər istəsəniz, nazirimi sizə göndərək” dedi. Avropa ölkələri baş nazirlərinin şərhlərilə yanaşı, bəziləri xüsusi nümayəndəsini də göndərdi. Onların bu münasibəti çox əhəmiyyətli idi və bu əlaqənin davam etdirilməsi üçün lazım olanları edəcəyik”.

Ərdoğan, bu müddətdə Qətər və Küveytlə əlaqələri sayəsində iqtisadiyyata dəstək verildiyini, ancaq həmin ölkələrə də təzyiq edildiyini qeyd edib. Türkiyənin dövlət başçısı Rusiya prezidenti Vladimir Putinin ilk gündən verdiyi siyasi dəstəyin, İran rəhbərliyinin yanaşmasının, ABŞ-ın addımlarına qarşı Türkiyənin yanında olmasının da çox dəyərli olduğunu bildirib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR