"Təyyarəyə bomba qoydum" - Havada TƏHÜLKƏLİ ANLAR / VİDEO

Moskvadan Tacikistanın paytaxtı Düşənbəyə uçan təyyarədə 25 yaşlı Tacikistan əsilli sərnişin stüardessaya hücum çəkib.

Metbuat.az “ensonhaberler.com”a istinadən xəbər verir ki, stüardessalar sərnişinin spirtli içki testindən keçməsini istəyiblər.

Sərnişin isə buna etiraz edərək, “mənim Allahım var, siz isə şeytansınız. Təyyarəyə bomba qoydum. Heç kim mənimlə başa çıxa bilməz. Allah üçün dua edin” deyib.

Mübahisə böyüdükdə digər sərnişinlər də həmin şəxsə hücum çəkib. Daha sonra təyyarənin pilotu Moskva hava limanına geri dönmək üçün icazə alıb.

Hava limanında ciddi təhlükəsizlik tədbirləri görülüb. Təyyarə endirildikdən sonra sərnişin nəzarətə alınıb. Təyyarədə axtarışlar zamanı bomba müəyyən edilməyib.

Layner axtarışlardan sonra yenidən Düşənbəyə yola düşüb.


https://metbuat.az/news/1016489/bu-qadinin-43-yasi...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR