İstirahət mərkəzində FACİƏ

Rusiyanın Soçi şəhərində yerləşən Kabardinka istirahət mərkəzində bədbəxt hadisə baş verib.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, üzərində ata və uşağının olduğu su skuteri qəfil partlayıb. Partlayışın təsiri ilə ata və uşağı havaya uçub, su skuteri isə hissələrə ayrılıb.

Hadisə yerinə cəlb edilən xilasetmə komandası ata və uşağı xəstəxanaya yerləşdiriblər. Hazırda atanın vəziyyətinin yaxşı olduğu, uşağın isə həyati təhlükəsinin davam etdiyi öyrənilib. Hadisə ilə bağlı araşdırma başladılıb.


http://matbuat.az/news/1016966/denize-girib-saatla...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR