Bakı, 23 aprel, AZƏRTAC
“Expressbank”ın Visa ilə birgə keçirdiyi aksiyanın mart ayı üzrə qalibləri müəyyən olunub.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, aksiyada 2 müştəri planşet və smartfon, 538 nəfər isə flash card qazanıb.
Üç ay davam edən aksiya çərçivəsində ümumilikdə 3 müştəri planşet, 3 müştəri smartfon, 1256 nəfər isə flash card qazanıb. Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet, ən çox sayda nağdsız ödəniş edənlər smartfon, ümumi ödənişləri 100 manatdan az olmamaqla minimum 3 ödəniş edənlər isə flash card qazana biliblər.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.