Yevlaxda qəza:

Mingəçevir - Xaldan yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində zəncirvari yol qəzası baş verib.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, qəza zamanı "Oka" markalı avtomobil mikroavtobusla, ardınca isə "VAZ-2109" markalı avtomobil ilə toqquşub və yoldan çıxaraq aşıb.

Nəticədə "Oka"nın 1962-ci il təvəllüdlü sürücüsü Orucov Əmir Duman oğlu və onun 2002-ci il təvəllüdlü qızı Orucova Zəhra müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR