Ulduz futbolçu Türkiyədə oynamaqdan imtina etdi

"Qalatasaray" və "Fənərbağça" "Mançester Yunayted"in forvardı Robin van Persi ilə yaxından maraqlanırdılar.

Metbuat.az "The Sun"a istinadən xəbər verir ki, ulduz futbolçu hər iki klubun təklifini rədd edib. Qeyd edək ki, İstanbul təmsilçiləri van Persiyə həftəlik 220 min funt ödəməyə hazır idilər.

Hollandiya millisinin üzvü təzəlikcə zədəsini sağaldıb.

Cari mövsümdə Premyer Liqada 24 matçda meydana çıxan van Persi 10 dəfə fərqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR