Albalı Plus “İlin kartı” seçildi

Albalı Plus “İlin kartı” seçildi
13:36 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

4 bank məhsulunu birləşdirən unikal beynəlxalq kart, 300.000-dən artıq istifadəçi, 1000-dən artıq partnyor mağaza, saysız-hesabsız endirim, hədiyyə kampaniyaları.

Bu məlumatlar Unibank-ın Albalı Plus kartını xarakterizə edir. Bu fərqliliyi, çoximkanlılığı səbəbindən Albalı Plus kartı 2014-cü ilin nəticələrinə görə çoxsaylı istifadəçiləri tərəfindən “İlin taksit kartı” seçilib. Banco.az saytının 2014-cü ilin nəticələrinə görə keçirdiyi sorğuda Albalı Plus kartı respondentlər tərəfindən daha çox səs toplayaraq, taksit kartları içərisində ən yaxşısı seçilib.

Unibank müştərilərinin ehtiyac və arzularını bir məhsulda - Albalı Plus kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, kredit, taksit, depozit və debet bank xidmətlərindən istifadə edə bilər. Albalı Plus beynəlxaq kart olduğu üçün ölkədə və dünyanın istənilən yerində istifadə etmək mümkündür.

Albalı Plus kartını iş yerindən arayış və şəxsiyyət vəsiqəsini Unibank filialına təqdim etməklə, 18-70 yaş arası bütün Azərbaycan vətəndaşları ala bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Albalı Plus - arzuları reallaşdıran kart.

Unibank – hər kəsin bankı.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=26&nid=339887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR