Səfir: "Beynəlxalq ictimaiyyət ermənilərin uydurma "soyqırım" iddialarına deyil, Xocalı soyqırımına düzgün qiymət verilməlidir"

13:37 23 Aprel 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Səfir qeyd edib ki, Qərb ermənilərin uydurma "soyqırım" iddialarına deyil, Xocalı soyqırımına daha çox diqqət çəkməlidir: “Necə olur ki, 100 il bundan əvvəl baş verdiyi iddia olunan və heç bir dəlil-sübutu olmayan "erməni soyqırımı" ilə bağlı Avropada bəyanat verilir, amma 23 il bundan qabaq törədilən Xocalı soyqırımına dünya birliyi tərəfindən hüquqi qiymət verilmir”. 
Səfir bildirib ki, Türkiyə və Azərbayacan zaman-zaman eyni taleyi yaşayıb: "Türkiyənin Azərbaycanla ortaq mədəniyyəti olduğu kimi, həmişə ortaq acı və şirin taleyi bölüşüb. Biz dünyaya sülh mesajı verməyə çalışırıq. Biz də ermənilər və türk xalqının digər düşmənləri kimi, öz uşaqlarımızda həmin xalqlara qarşı nifrət və ikrah hissi yarda bilərdik. Amma bunu etmirik, dünyada sülh və əmin-amanlığn bərqərar olmasına çalışırq”. 

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/sefir-beynelxalq-ictimaiyyet

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR