“DəmirBank” “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb

“DəmirBank” “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb
13:53 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
“DəmirBank” “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, müqavilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “DəmirBank” arasında imzalanıb.
Artıq müştərilər kredit əldə etmək üçün arayışları elektron şəkildə təqdim edə bilər. Bunun üçün müştəri www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə elektron arayışı formalaşdırır və banka göndərir. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parolları həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək olar.
Müqavilə şərtlərinə əsasən vətəndaşlar tərəfindən elektron arayışların formalaşması üçün bankın filiallarında xüsusi texniki imkanlar yaradılıb. Belə ki, müştəri yalnız şəxsiyyət vəsiqəsi ilə banka yaxınlaşaraq iş yerindən arayışı və həmçinin kreditin sənədləşdirilməsi üçün digər zəruri arayışları bankda quraşdırılmış xüsusi kompyuterlər vasitəsilə formalaşdıra bilər.
Göndərilən arayışlar “Elektron hökumət” tərəfindən onlayn qaydada imzalanır. Bankla iş tarixçəsindən və ödəniş qabiliyyətindən asılı olaraq müraciət edən şəxsə nağd kredit, Dəmirtaksit kartları və digər kredit məhsulları təqdim edilə bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/DemirBank_Elektron_Hokumet_portali_ile_emekdasliga_baslayib-849001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR