Qadın güləşçilərimiz ilk Avropa Oyunlarından əvvəl Bolqarıstanda qüvvələrini sınayacaqlar

Qadın güləşçilərimiz ilk Avropa Oyunlarından əvvəl Bolqarıstanda qüvvələrini sınayacaqlar
14:08 23 Aprel 2015
30 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, Səxavət Quliyev, AZƏRTAC
Aprelin 24-26-da Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 53-cü dəfə keçiriləcək turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edəcək.
Aprelin 6-dan Bolqarıstanın Belmeken şəhərində təlim-məşq toplanışında olan yığmamız turnirdə baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Elis Monolova, Raqnetta Qurbanzadə (hər ikisi 63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 75 kq) yer alıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qadin_guleschilerimiz_ilk_Avropa_Oyunlarindan_evvel_Bolqaristanda_quvvelerini_sinayacaqlar-849007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR