“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi hesabı paylaşım edib.
Proqram çərçivəsində “Barselona” Akademiyasının – “La Masiya”nın Fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.
Baş məşqçi səfər çərçivəsində “Barselona” B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb.