“ABŞ dollardan başqalarını cəzalandırmaq üçün istifadə edir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın “ORT” televiziyasına müsahibəsində dollarla bağlı açıqlama verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Lavrov açıqlamasında deyib: “Dollar beynəlxalq valyuta və maliyyə sistemidir. Bu doğrudur, hamı bunu belə qəbul edib. Uzun illərdir bu qayda ilə yaşamışıq və ABŞ-ın əsas valyuta sahibi kimi öhdəliklərini yerinə yetirməyinə ümid etmişik”.

Lavrov deyib ki, Vaşinqton başqalarını cəzalandırmaq üçün dolları təzyiq vasitəsi kimi istifadə edir: “Cəzalandırmaq istəyəndə həmin dəqiqə dollarla olan bütün bank əməliyyatlarının xidmətini dayandırırlar. Həm də bunu təkcə cəzalandırmaq istədikləri ölkələrə qarşı deyil, o ölkə ilə əlaqəsi olan hamıya qarşı edirlər”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR