Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı xaricdə təhsil alan həmvətənlərimizlə əlaqələri gücləndirir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı xaricdə təhsil alan həmvətənlərimizlə əlaqələri gücləndirir
14:23 23 Aprel 2015
261 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində yeni yaradılan xaricdə təhsil alan azərbaycanlı tələbələrlə iş departamentinin Böyük Britaniyanın 6 şəhərində, eləcə də Macarıstanda, Hollandiyada və Avstraliyada mərkəzləri fəaliyyətə başlayıb. Növbəti tədris ilinin əvvəlinədək 50-dən çox şəhərdə departamentin yeni mərkəzlərinin yaradılması planlaşdırılır.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu barədə departamentin direktoru Toğrul Məmmədli məlumat verib. Onun sözlərinə görə, artıq gələn aydan etibarən tələbələr müxtəlif sahələr üzrə layihələr həyata keçirməyə başlayacaqlar. Mərkəzlər tərəfindən “Bakı-2015” birinci Avropa Oyunlarının xarici tələbələr arasında təbliğat işləri ilə əlaqədar olaraq müxtəlif təhsil müəssisələrində tədbirlər təşkil olunacaq.
İttifaqın nəzdində yeni departamentin yaradılmasında məqsəd xaricdə təhsil alan azərbaycanlı tələbələrin şəbəkələşməsi, Azərbaycanın tarixinin, mədəniyyətinin, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu istiqamətdə müxtəlif beynəlxalq forumların və sərgilərin keçirilməsidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Telebe_Gencler_Teskilatlari_Ittifaqi_xaricde_tehsil_alan_hemvetenlerimizle_elaqeleri_guclendirir-849010

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR