İsmayıllıda eni 140, uzunluğu 300 metr olan yeni sürüşmə sahəsi əmələ gəlib

Atmosfer yağıntılarının təsirindən İsmayıllı rayonunun Lahıc qəsəbəsinin şimal-şərq hissəsində (Ərəgit kəndi ərazisində) eni 120-140 metr, uzunluğu 280-300 metr olan sürüşmə sahəsi əmələ gəlib.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, avqust ayı əzində Lahıc sürüşmə sahəsi üzərində müşahidə olunan çatların parametrlərində artım qeydə alınıb, sürüşmənin dil hissəsində yeraltı suların pazlaşaraq yer səthinə çıxışları müşahidə edilir. İsmayıllının Qoydan kəndində eni 40-80, uzunluğu 150-170 metr olan sürüşmə sahəsinin dinamikası nisbi aktivliəşib.

Nazirlik rəsmisi qeyd edib ki, Muğanlı-İsmayıllı yolunun 2-11, 23-24 və 27-29-cu kilometrliyində sürüşmə prosesinin dinamikası aktivləşib. Bununla yanaşı, Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsindəki çatlar və sürüşmənin əhatə dairəsi böyüyüb, Şamaxının Muğanlı sürüşmə sahəsinin dinamikasında da aktivlik müşahidə edilib.

Ə.Qaralov bunu da əlavə edib ki, Abşeron rayonunun Masazır qəsəbəsinin Zəli gölü adlanan ərazisində və Nübar qəsəbəsində təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə sahəsində, sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib.

Ekspedisiya rəisinin sözlərinə görə, Astaranın Kijəbə, Burcubənd sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilib. Rayonun Motlayataq sürüşmə sahəsində aktivik müşahidə olunmaqla yanaşı, sürüşmə sahəsinin parametrləri də genişlənib.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR