PKK-nın gizli planı üzə çıxdı

Şimali İraq vasitəsilə Qara dənizə keçmək cəhdi uğursuz olan PKK-nın yeni planı üzə çıxıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror təşkilatının Ermənistandakı düşərgələrdə olan terrorçuları, xüsusilə qeyri-qanuni sol terror təşkilatlarının daha çox olduğu Ağrı, Bingöl, Tunceli və Tokat üzərindən Qara dəniz dağlarına keçməyə çalışdığı müəyyən olunub. Türkiyəyə keçə bilən terrorçuların Gümüşhane çöllərinə keçməyə çalışdığı üzə çıxıb.

Ermənistanın illərdir dəstəklədiyi PKK-nın, oradakı düşərgələrində olan terrorçularını sərhədi keçərək Tendürek Dağına yerləşdirdiyi məlum olub.

Terror təşkilatının Qara dənizlə bağlı israrının əsl səbəbi də müəyyən olunub. Amanos Dağlarındakı ən böyük hərəkat qrupunun məhv edildiyi PKK-nın yenidən əvvəlki vəziyyətinə dönə bilməməsi səbəbindən, Qara dənizi Amanosa çevirmək istədiyi ortaya çıxıb. PKK-nın ələ keçirilən, Aralıq dənizi ərazisindən məsul olan və “Halo” adı ilə tanınan üzvü Eyüp Çelikin ifadəsindən sonra həyata keçirilən əməliyyatlarda, terror təşkilatı Amanosda böyük zərbə ilə qarşılaşmışdı.

PKK-nın ilk mərhələdə terrorçularını keçirmək istədiyi Qara dənizə, sonradan silah və partlayıcı maddələri keçirmək istədiyi də məlum olub. Terror təşkilatının fərqli yollarla Qara dəniz bölgəsinə keçmək istəməsi üzə çıxandan sonra təhlükəsizlik qüvvələri tərəfindən xüsusilə qeyri-qanuni sol terror təşkilatlarının olduğu Tunceli, Bingöl, Ağrı və Tokat ətrafında geniş təhlükəsizlik tədbirləri həyata keçirilib. Havadan izlənən bölgələrdəki hərbi hissələr əməliyyat üçün hazır vəziyyətdə saxlanılır.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR