“Star Park” ASC Bakı Fond Birjasında listinqə qəbul edilib

“Star Park” ASC Bakı Fond Birjasında listinqə qəbul edilib
15:13 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-dən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Star Park” ASC-nin sənədsiz, adlı, adi səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 4 ədəd, ilkin ticarət qiyməti 2 manatdır.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Star_Park_ASC_Baki_Fond_Birjasinda_listinqe_qebul_edilib-849034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR