Merkel: İslam Almaniyaya məxsusdur (VİDEO)

Merkel: İslam Almaniyaya məxsusdur (VİDEO)
05:46 13 Yanvar 2015
202 Dünya
Ölkə mətbuatı
A- A+

Bazar ertəsi Pegida qrupunun Drezdendə təşkil etdiyi yürüşə 25 000-dək adamın qoşulub.

ANS PRESS-in məlumatına görə, Agence France-Presse xəbər verir ki, aksiyaya qoşulanlar “Qərbin islamlaşması”na qarşı çıxıblar.

Kansler Angela Merkel isə deyib ki, “İslam Almaniyaya məxsusdur” deyərək,çərşənbə axşamı o, Berlində müsəlman qurumların təşkil etdiyi yürüşə qoşulacağını bildirib. Məmurlardan Ədliyyə naziri Heiko Maas da adamları yürüşə qatılmamağa çağırıb.

Maas, Pegida yürüşünün təşkilatçılarını Şarli Hebdo jurnalına və yəhudilərin supermarketinə edilən hücumdan "sui-istifadə" etməməyə çağıran aparıcı siyasətçilərdən biridir.

Ötən həftə Drezden şəhərində keçirilən yürüşə Pegida ("Qərbin İslamlaşmasına qarşı Vətənpərvər Avropalılar") qrupu 18 000 iştirakçı cəlb etmişdi.

Lakin şənbə günü buna cavab olaraq hakimiyyətin təşkil etdiyi (İslamafobiyaya qarşı) kütləvi aksiyaya 35 000-dək adam qoşulmuşdu.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR