Lukaşenko: "Belarus Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir"

Lukaşenko: "Belarus Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir"
15:47 23 Aprel 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ "Belarus Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Tbilisidə Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu məsələdə Belarusun mövqeyi dəyişməz olaraq qalır.
"Əks halda mən Gürcüstana gəlməzdim", - o, vurğulayıb.
Xatırladaq ki, hər iki dövlət müstəqilliyini əldə etdikdən sonra A.Lukaşenko ilk dəfədir Gürcüstana səfər edir.
O, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, parlamentin sədri David Usupaşvili və Gürcüstanın patriarxı II İlya ilə görüşəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/belarus-gurcustanin-erazi-butovluyunu-destekleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR