Gürcüstanın baş naziri Ermənistana gedir

Gürcüstanın baş naziri Mamuka Baxtadze sentyabrın 10-da Ermənistana rəsmi səfər edəcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb. Səfər çərçivəsində M.Baxtadze Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşəcək, daha sonra hər iki ölkənin hökumət üzvlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.

Gürcüstan baş nazirinin həmçinin Ermənistan prezidenti Armen Sarkisyan və parlament sədri Ara Babloyanla da görüşü nəzərdə tutulub.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR