Parisdə Bakı Prosesi və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı keçirilib

Parisdə Bakı Prosesi və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı keçirilib
17:12 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 17:05 ]


Bakı. Cavid Zeynallı – APA. Parisdə UNESCO-nun İcraiyyə Şurası çərçivəsində Bakı Prosesi və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, təqdimatda çıxış edən şuranın sədri Məhəmməd Əmr Azərbaycanın təşəbbüsünün dünyada sülh və əməkdaşlığa xidmət etdiyini qeyd edib.

 

UNESCO adından çıxış edən baş direktor İrina Bokova müasir qlobal proseslər, rəhbərlik etdiyi təşkilatın mədəniyyətlər və dinlərarası dialoqa töhfələri barədə qeyd edərək, Azərbaycanın təşəbbüsünün belə məsələlərdə əhəmiyyətli olduğunu və qurumun Forumla tərəfdaşlığının davam edəcəyini ifadə edib.

 

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinin UNESCO-nun məqsəd və prinsiplərinə böyük dəstək olduğunu vurğulayıb.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı prosesi və Forumun ölkə başçısı İlham Əliyev tərəfindən dünya mədəniyyətləri arasında dialoq və anlaşmanı təşviq etmək məqsədilə irəli sürülən təşəbbüs olduğunu, Azərbaycanın belə məsələlərdə körpü rolu oynadığını, xalqımızın multikultural tərkibli mehriban birgəyaşama ənənələrinə sahib olduğunu və bu kimi ənənələrimizin dünya ictimaiyyəti ilə bölüşmək istədiyimizi diqqətə çatdırıb.

 

Forumun tərəfdaşları olan UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BM Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun Forum çərçivəsində ölkəmizlə birgə maraqlı tədbirlər təşkil edəcəyini qeyd edən nazir UNESCO-ya təşəkkürünü ifadə edib.

Tədbirdə Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrinə, Bakı Prosesi və Foruma həsr edilən film nümayiş etdirilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR