Fövqəladə Hallar Nazirliyi Bakı Olimpiya Stadionunda təlim-məşq keçirəcək

Fövqəladə Hallar Nazirliyi Bakı Olimpiya Stadionunda təlim-məşq keçirəcək
17:13 23 Aprel 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 24-də Bakı Olimpiya Stadionunda Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikasının iştirakı ilə təlim-məşq keçiriləcək.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim-məşqin keçirilməsində əsas məqsəd Bakı Olimpiya Stadionunda təşkil olunacaq kütləvi idman tədbirləri zamanı mümkün fövqəladə halların qarşısının vaxtında alınması və nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyi_Baki_Olimpiya_Stadionunda_telim_mesq_kechirecek-849096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR