Play Store

Liviyanın xarici işlər naziri Azərbaycana gəlir

Liviyanın xarici işlər naziri Azərbaycana gəlir
16:33 23 Aprel 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Liviyanın xarici işlər naziri Mohamed Dayri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycana gəlir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusunda keçiriləcək Forumda Mohamed Dayrinin geniş məruzə çıxışı nəzərdə tutulub.

Foruma qatılacaq Liviya nümayəndə heyətinin tərkibində ölkənin sabiq Baş naziri Əbdürrəhim El-Keyb və Liviyanın Avropa Birliyindəki səfiri Farida Allaghi də var. Farida Allaghi eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Əbdürrəhim El-Keyb isə təşkilatın üzvüdür.

Qeyd edək ki, Bakı Forumunda iştirak etmək üçün Mohamed Dayri ilə yanaşı üç ölkənin hazırkı dövlət başçısı - Qırğızıstan Prezidenti Almazbek Atambayev, Makedoniya Prezidenti George İvanov, Bolqarıstan Prezidenti Roşen Plevneliyev, eləcə də Andorranın Baş naziri Antoni Marti, Maltanın Baş naziri Jozef Muskat, Bosniya və Hersoqovinanın xarici işlər naziri Zlatko Laqumciya da bu ayın sonunda Azərbaycana gələcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2387321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR