Astaradakı Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi

Astaradakı Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi
17:38 23 Aprel 2015
321 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 23 aprel, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərindəki Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, yeni ailə quran Astara şəhər sakinləri - 1984-cü il təvəllüdlü Emin Əliyev və 1993-cü il təvəllüdlü Rufanə Həsənzadə əvvəlcə Ümummilli Liderin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Mərkəzin foyesində nikah aktının imzalanması mərasimi keçirilib.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından danışıb, bəy və gəlinə ən xoş arzularını çatdıraraq onlara müqəddəs ailə ənənələrini qoruyub saxlamağı tövsiyə edib.
Astara Rayon Qeydiyyat İdarəsinin rəisi Vüqar Qasımov nikah şəhadətnaməsini bəy və gəlinə təqdim edib.
Yeni ailə quran gənclər nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsindən qürur duyduqlarını, bu günü həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını diqqətə çatdırıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astaradaki_Heyder_Aliyev_Merkezinde_novbeti_nikah_merasimi-849110

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR