İlham Əliyev Parkı açılır - TÜRKİYƏDƏ

İlham Əliyev Parkı açılır - TÜRKİYƏDƏ
18:04 23 Aprel 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin İzmit şəhərində Azərbaycan prezidentinin şərəfinə İlham Əliyev Parkı salınır. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, aprelin 22-də parkın təməlqoyma mərasimi keçirilib. Parkın salınması Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) layihəsi əsasında İzmit bələdiyyəsi tərəfindən reallaşdırılır. Parkın ərazisində Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslərin, ictimaiyyətin görkəmli nümayəndələrinin, elm və sənət adamlarının, mədəniyyət xadimlərinin, QHT rəhbərlərinin, KİV təmsilçilərinin və məktəblilərin iştirakı ilə ağaclar əkilib.

 

Parkın salınmasında məqsəd İ.Əliyevə insanların məhəbbətini əks etməkdir. Geniş sahəni əhatə edən parkda idman, əyləncə, səhiyyə, insanların rahat istirahəti üçün müxtəlif guşələr yaradılacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200354

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR