Play Store

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənistana məxsus versiyasını təkzib edib

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənistana məxsus versiyasını təkzib edib
17:27 23 Aprel 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, Gürcüstanın aparıcı qəzetlərindən olan “Saerto qazet” tanınmış gürcü alim Tina İvelaşvilinin “1915-ci ildə qondarma "erməni soyqırımı"nın tarixindən” adlı məqaləsini dərc edib.

Müəllif erməni tarixçiləri və siyasətçilərinin yalanını ifşa edən faktlara əsaslanıb. Rus diplomat V.F.Mayevski, almaniyalı şərqşünas E.Fayql, amerikalı tarixçi S.C.Şou və başqalarının əlyazmalarına əsaslanıb. İvelaşvili sübut edir ki, I Dünya müharibəsi zamanı bir çox ermənilər Osmanlı imperiyasının düşmənlərinin tərəfinə keçərək, əsasən rus ordusu sıralarında mübarizə aparırdılar.

O qeyd edib k, ermənilərin hərəkətləri XIX əsrin 80-90-cı illərində yaranmış gizli siyasi, millətçi, inqilabi təşkilatlar tərəfindən dəstəklənir və təhrik edilirdi. Bu təşkilatlardan ən radikalı “Daşnaksutyun” partiyası idi. Bu partiyanın məqsədi Osmanlı imperiyası ərazisində müstəqil Ermənistan dövləti yaratmaq idi, bu məqsədə çatmaq üçün onlar öz erməni millətinin nümayəndələrinə qarşı da amansızlıq edirdilər. O illərdə Türkiyə və Gürcüstan ərazisində müsəlmanlara qarşı çoxlu qanlı hadisələr törədilmişdi.

Məsələn, 1919-cu il 4 iyul tarixli Batumi sazişinə əsasən, Gürcüstan ordusu Axaltsixe şəhərini tərk etdi. Həmin gecə ermənilər Gürcüstanın xristian və müsəlman əhalisinə hücum etdilər. Erməni miqrantlar-köçkünlər də Axalkalakidə gürcü əhaliyə qarşı eyni qəddar hərəkətləri törətdilər.

Bundan başqa, məqalə müəllifnin fikrincə, Avropa ölkələri, xüsusən Böyük Britaniya erməni millətçiliyinin inkişafına öz töhfələrini veriblər.

Qondarma soyqırımı mövzusu Türkiyənin geosiyasi düşmənləri tərəfindən bu ölkəni zəiflətmək üçün hər zaman dəstəklənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/336175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR