Avropa Parlamenti Macarıstanı cəzalandırmaq qərarı verdi

Avropa Parlamenti Macarıstan üçün cəza prosesini başlatmaq qərarına gəlib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Parlamentində keçirilən seçkiyə görə, Avropanın hüquqi dövlət və demokratik dəyərlərindən uzaqlaşması səbəbindən Macarıstana sanksiya tətbiq ediləcək.

Maastrixt müqaviləsinin 7-ci maddəsinin tətbiq olunması üçün parlamentdəkilərin ən az 2/3-nin razılığı olmalıdır. Səsvermədə 448 nəfər lehinə, 197 nəfər əleyhinə, 48 nəfər isə bitərəfə səs verib. 7-ci maddə Macarıstanın Avropa Birliyindəki səs haqqının əlindən alınması da daxil olmaqla bir sıra sanksiyalara səbəb ola bilər.

Qeyd edək ki, eyni prosedur 2017-ci ildə Polşa üçün də tətbiq olunmuşdu.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR